Kanada Ukraynadakı diplomatlarını geri çağırır

Kanada Ukraynadakı diplomatlarını geri çağırır

Hazırda oxunan: Kanada Ukraynadakı diplomatlarını geri çağırır
57894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda Kanada səfirliyinin “əsas olmayan əməkdaşlarını” və ölkədə qalan diplomatların yaxınlarını Kiyevdən müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, müvafiq bəyanat Kanada hökumətinin saytında dərc edilib.

Eyni zamanda, hesabatda qeyd olunur ki, diplomatik missiyanın komandası digər məsələlərlə yanaşı, təhlükəsizlik sektorunda islahatlar və münaqişələrin həlli üzrə ixtisaslaşmış ekspertlər tərəfindən gücləndiriləcək. Beləliklə, Kanadanın Kiyevdəki səfirliyi öz işini davam etdirəcək.

Bundan əvvəl ABŞ, Böyük Britaniya və Avstraliya diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini Ukraynadan çıxardıqlarını bəyan ediblər.

Onların ardınca Almaniya hakimiyyəti elan edib ki, Ukraynanı tərk etmək istəyən alman diplomatların qohumları Almaniya Xarici İşlər Nazirliyinin hesabına bunu edə bilərlər. 
Kanada hakimiyyətinin qərarı Ukrayna prezidenti Vladimir Zelenskinin xarici diplomatik missiyaların əməkdaşlarını ölkədən çıxarmamaq çağırışlarına baxmayaraq qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO