Pezeşkian Xankəndi sammitinin əhəmiyyətindən danışdı

Pezeşkian Xankəndi sammitinin əhəmiyyətindən danışdı

Hazırda oxunan: Pezeşkian Xankəndi sammitinin əhəmiyyətindən danışdı
577648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlər arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayan ölkədir.

Bizim.Media xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bu barədə Təbrizdə keçirilən İƏT Daxili İşlər Nazirlərinin 4-cü toplantısında danışıb.

Prezident qeyd edib ki, 3-4 iyul tarixlərində Xankəndidə keçirilən son İƏT sammiti region ölkələrinin tərəfdaşlığı gücləndirməyə, dayanıqlı inkişaf və təhlükəsizliyi təmin etmək üçün birlikdə işləməyə artan qərarlılığının parlaq nümunəsidir

O, sərhəd idarəçiliyi, qeyri-qanuni miqrasiya, insan alveri, narkotik, terrorizm və təşkilatlanmış cinayətkarlığa qarşı mübarizə kimi sahələrdə birgə səylərin əhəmiyyətini vurğulayıb.

Pezeşkian, həmçinin İƏT ölkələrinin məhkəmə orqanları arasında əməkdaşlığın vacibliyini bildirib: “Region xarici müdaxilələr və təhdidlərlə üzləşir”.

Xatırladaq ki, Xankəndi sammitində Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikstan, İran, Şimali Kipr prezidentləri, Pakistan və Qazaxıstanın baş nazirləri və digər üzv ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO