“Regional İnkişaf” İctimai Birliyinin 5 illiyinə həsr olunan toplantı keçirilib - FOTO

“Regional İnkişaf” İctimai Birliyinin 5 illiyinə həsr olunan toplantı keçirilib - FOTO

Hazırda oxunan: “Regional İnkişaf” İctimai Birliyinin 5 illiyinə həsr olunan toplantı keçirilib - FOTO
53809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinin 5 illiyi ilə əlaqədar RİİB əməkdaşları və könüllülərinin toplantısı keçirilib. 

Bizim.Media məlumat verir ki, tədbirdə könüllülərin ifasında hazırlanan Azərbaycan Dövlət Himni səsləndirilib, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və RİİB-in fəaliyyətindən, həyata keçirdiyi layihələrdən bəhs edən videoçarx təqdim olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətinin 5 illiyi ilə bağlı tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktubunda “Regional İnkişaf” İctimai Birliyinin ötən 5 il ərzində ölkəmizin sosial həyatının demək olar ki, bütün sahələrində fəal iştirak etdiyini bildirib.

“Könüllülük – xalqımıza xas olan xeyriyyəçilik ənənələrinin davam etdirilməsi deməkdir. Siz bu ənənələrin yaşadılmasının, xalqımızın rifahı naminə təmənnasız işlərin bilavasitə iştirakçılarısınız. Məhz sizin kimi gənclərin sayəsində bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib”- deyə Heydər Əliyev Fondunun prezidenti qeyd edib. 

Məktubda RİİB təmsilçilərinin 44 günlük Vətən müharibəsi günlərində də cəbhəyə dəstək olaraq əsl vətəndaşlıq və vətənpərvərlik nümunəsi göstərdikləri vurğulanır, RİİB könüllüləri arasında da şəhidlərimizin olduğu təəssüflə qeyd edilir, Vətən uğrunda canından keçməyə hazır olan qəhrəman övlad yetişdirmiş analara minnətdarlıq bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO