Şəhid ərinin anım mərasiminə gedən qadın QƏZADA ÖLDÜ 

Hazırda oxunan: Şəhid ərinin anım mərasiminə gedən qadın QƏZADA ÖLDÜ 

42654

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb. 

Bizim.Media-nın məlumatına görə Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. 

Qeyd edək ki, avtomobildə olan digər sərnişin də qəzada ölüb. 

Xatırladaq ki, bu gün qəzada həlak olan Günel Ələsgərovanın həyat yoldaşı, mayor Rəhim Hüseynov Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO