Gürcü nazir pandemiya dövründə Azərbaycanın köməyindən danışdı

Gürcü nazir pandemiya dövründə Azərbaycanın köməyindən danışdı

Hazırda oxunan: Gürcü nazir pandemiya dövründə Azərbaycanın köməyindən danışdı

39381

“Gürcüstan pandemiya dövründə Azərbaycandan böyük kömək alıb”. 

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib. 

“Bu dövrdə azərbaycanlı dostlarımız, qardaşlarımız bizə böyük köməklik göstərdi. Buna görə açıq şəkildə sizə təşəkkürümü bildirirəm”, - o söyləyib. 

Baş nazirin sözlərinə görə, son illər ərzində iki ölkə arasındakı münasibətlərdə kifayət qədər böyük irəliləyiş əldə olunub:

“Lakin hesab edirəm ki, potensial daha böyükdür və onu istifadə etmək lazımdır. Bugünkü toplantı cari məsələlərin müzakirəsi ilə yanaşı, gələcək planların müzakirəsi üçün də yaxşı imkan verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO