Əli Əsədov Qaribaşvili ilə nəyi müzakirə etdi? - DETALLAR

Əli Əsədov Qaribaşvili ilə nəyi müzakirə etdi? - DETALLAR

Hazırda oxunan: Əli Əsədov Qaribaşvili ilə nəyi müzakirə etdi? - DETALLAR

39369

“Azərbaycan və Gürcüstan arasında fəal siyasi dialoq var”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşdə deyib.

Onun sözlərinə görə, Gürcüstanın hökumət başçısının qısa zaman ərzində Azərbaycana ikinci səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

Ə.Əsədov bildirib ki, gürcü və Azərbaycan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq mühitində yaşayıblar:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO


“Məlum olduğu kimi, gələn il Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü tamam olur. Müstəqillik dövründə qarşılıqlı etimad və dəstək əsasında bizim münasibətlər uğurla inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Baş nazir qeyd edib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləyib:

“Çətin dövrlərdə biz həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər münasibətlərimizin inkişafında mühüm rol oynayır”.

Hökumət başçısı Azərbaycanın Gürcüstanla əməkdaşlığın inkişafı və gücləndirilməsinə böyük önəm verdiyini bildirib:

“Bizim münasibətlər bütün sahələrdə, xüsusən də iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, tranzit, investisiyalar və humanitar sahələrdə yüksək səviyyədədir. Reallaşdırdığımız genişmiqyaslı enerji və nəqliyyat layihələri bizim iqtisadi potensialımızı artırır”.

Ə.Əsədov qeyd edib ki, Azərbaycan və Gürcüstan regionun inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO