Şamaxıda ikinci yaşlılar festivalı keçirildi - FOTO

Hazırda oxunan: Şamaxıda ikinci yaşlılar festivalı keçirildi - FOTO

36981

"Sosial Layihələr” müsabiqəsinin qaliblərindən biri olan “Üçüncü Bahar” layihəsi çərçivəsində Şamaxıda ikinci yaşlılar festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı özünün Facebook səhifəsində deputat Şahin Seyidzadə yayıb.
 

Onun sözlərinə görə, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Jafarova, Şamaxı şəhər Ağsaqqallar Şurasının sədri, Regional İnkişaf - RİİB İctimai Birliyi və Üçüncü Bahar (Third Age Baku) İctimai Birliyinin heyəti və digər qonaqlar iştirak edib.


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və Kapital Bankın maliyyə dəstəyi, Üçüncü Bahar İctimai Birliyinin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi yaşlıların əhatə dairəsinin genişləndirilməsi, onların fəal yaşamasının təbliğ olunması, yaşlı insanlar üçün özünüməşğulluq imkanlarının yaradılması, psixoloji və sağlamlıq durumlarının yaxşılaşdırılmasıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO