Populyar pop müğənnisi, Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın gəlini Siruşo ermənilərin müvəqqəti yaşadığı Qarabağda səyahət edərək çəkdiyi foto və videoları müntəzəm olaraq “İnstagram” səhifəsində yükləyir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya erməni mətbuatında yer alıb.
Paylaşdığı fotolardan birində o, binoklla Azərbaycan hərbçilərinin yerləşdiyi mövqelərə baxıb.
Xatırladaq ki, bir müddət əvvəl Siruşo tətilini ailəsi və dostları ilə birlikdə Qarabağda keçirəcəyini demişdi.
O, müharibədən sonra Qarabağa qayıtmağın çətin olduğunu etiraf etmişdi.
Bizim.Media