Atasını döyərək öldürən şəxsə bu cəza VERİLDİ

Atasını döyərək öldürən şəxsə bu cəza VERİLDİ

Hazırda oxunan: Atasını döyərək öldürən şəxsə bu cəza VERİLDİ
274493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Apellyasiya Məhkəməsində atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 19 mart 2024-cü il tarixə keçən gecə, saat 03 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
 

Belə ki, Emin Rəhimov orta dərəcəli sərxoşluq vəziyyətində olarkən, yaşadığı evdə 1935-ci il təvəllüdlü atası, zərərçəkmiş İsmayıl Rəhimovla birgə olduğu zaman ahıl yaşlı kişi xəstəlik səbəbindən inildəyib. Bu zaman təqsirləndirilən şəxs yuxudan oyanıb və atasının yatmasını tələb edib.


Mübahisə zamanı Emin yaşlı və köməksiz vəziyyətdə olan atasına qarşı xüsusi amansızlıq göstərərək, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı əl və yumruq zərbələri endirib.

Nəticədə o, İsmayıl Rəhimova baş beyin və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

Zərərçəkmiş şəxs aldığı ağır bədən xəsarətləri nəticəsində bir neçə gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO