“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!

“Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!

Hazırda oxunan: “Qarabağ” bu göstəricilərdə Çempionlar Liqasında liderdir!

266086

UEFA-nın Çempionlar Liqasında pley-off matçları davam edir. Dünən gecə Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Macarıstanın “Ferensvaroş” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Bizim.Media xəbər verir ki, bu, “Qarabağ”ın təsnifat mərhələsində keçirdiyi 5 oyunda 5-ci qələbəsi olub.

UEFA-nın hazırladlğı statistik göstəricilərə əsasən, Qurban Qurbanovun komandası ən çox qalibiyyət əldə edənlər sırasında 1-ci yeri tutur. İkinci-üçüncü yerdə hərəyə 4 qələbə ilə “Malmö” (İsveç) və “Pafos” (Kipr) qərarlaşıb.
 

“Qarabağ” daha bir göstəricidə TOP-5-in lideridir. Ağdam təmsilçisi təsnifat mərhələsində ən çox qol vuran komandadır - 13 qol. Bu, orta hesabla hər oyuna 2,6 qol deməkdir.


Siyahıda ikinci-üçüncü yerləri hərəyə 11 qolla “Malmö” və “Srvena Zvezda” (Serbiya) tutur.

Maraqlıdır ki, “Qarabağ” təsnifat mərhələsində topa ən çox sahib olan komandaların sırasında da liderdir. Azərbaycan çempionunda bu göstərici 62 faizdir. İkinci yerdə “Srvena Zvezda” (54 faiz), üçüncü yerdə “Reyncers” (Şotlandiya, 52 faiz) qərarlaşıb.

Ağdam təmsilçisi dəqiq ötürmə faizinə (84) görə isə üçüncü pilləni tutur.

Fərdi oyunçulara gəlincə, “Qarabağ”ın mərkəz müdafiəçisi Kevin Medina bu baxımdan fərqlənib.
 

32 yaşlı kolumbiyalı topu ələ keçirməyə görə (12 dəfə) liderdir. O, həmçinin “podkat”la top almağa (4 dəfə), topu uzaqlaşdırmağa (13 dəfə) görə də birinci yerləri tutur.


Xatırladaq ki, “Qarabağ”la “Ferensvaroş” arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO