Lökbatandakı partlayışda mənzildəki şəxs pəncərədən düşüb - VİDEO

Lökbatandakı partlayışda mənzildəki şəxs pəncərədən düşüb - VİDEO

Hazırda oxunan: Lökbatandakı partlayışda mənzildəki şəxs pəncərədən düşüb - VİDEO

265596

Xəbər verdiyimiz kimi, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Rəsmi məlumatda bir nəfərin xəsarət aldığı bildirilirdi. Hadisə şahidlərinin dediyinə görə, partlayış baş verən zaman mənzildə olan şəxs partlayışın təsirindən pəncərədən yerə yıxılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə partlayışa səbəb mənzildə vaş verən qaz sızması olub.

Partlayışdan sonra yanğın baş verən mənzildən görüntüləri təqdim edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO