ABŞ hesabat yaydı: Ankaradan sərt reaksiya...

ABŞ hesabat yaydı: Ankaradan sərt reaksiya...

Hazırda oxunan: ABŞ hesabat yaydı: Ankaradan sərt reaksiya...

265562

ABŞ Dövlət Departamentinin dərc etdiyi "2024-cü il İnsan Haqları Hesabatı"nda Türkiyəyə qarşı təkrarlanan əsassız ittihamları rədd edirik.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Türkiyə terrorun bütün forma və təzahürlərinə qarşı qanunun aliliyini əsas götürərək, hüquq və azadlıqlar çərçivəsində uğurla mübarizə aparır:

“Hesabatda bu məsələlərlə bağlı yer alan iddialar reallıqdan uzaqdır. Bundan başqa, hesabatda FETÖ terror təşkilatı tərəfindən manipulyasiya xarakterli ritorika ilə irəli sürülən əsassız və yalan iddiaların yer almasından təəssüflənirik”.

Açıqlamada Türkiyənin Suriyadakı terrorla mübarizə əməliyyatlarının özünümüdafiə hüququ əsasında, mülki şəxslərə və infrastruktura zərər vermədən aparıldığı bildirilib. Sözügedən əməliyyatların ədalətli və qanuni çərçivədən kənarda göstərilməsinin son dərəcə yanlış olduğu da vurğulanıb. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO