Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO

Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO

Hazırda oxunan: Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO
263951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İki gün əvvəl ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli xanım müğənni Aqşin İmamidən heç bir məlumat yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı sənətçinin ailəsi yayıb.
 

Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.


Hələlik xanımın həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım İmaminin evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər. (Axar.az)

Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO