Fransız generaldan xəbərdarlıq: Rusiya 5 ilə Avropaya...

Fransız generaldan xəbərdarlıq: Rusiya 5 ilə Avropaya...

Hazırda oxunan: Fransız generaldan xəbərdarlıq: Rusiya 5 ilə Avropaya...

263238

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burkar, sentyabrın 1-də vəzifəsini tərk etməzdən əvvəl verdiyi son açıqlamalardan birində Rusiyadan gələn təhlükə ilə bağlı xəbərdarlığını yeniləyib.

Bizim.Media xəbər verir ki, Burkar "The Economist" nəşrinə müsahibəsində bu barədə danışıb: 
 

"Rusiyanın döyüş təcrübəsi, böyük say üstünlüyü və dözümlülüyü onu təhlükəli edir. Münaqişə vəziyyətində Rusiya xalqı daha uzun müddət tab gətirə bilər."


Generalın fikrincə, Rusiya kifayət qədər sürətlə yenidən silahlanır və bu, onu yaxın beş il ərzində Avropa ölkələri üçün "real təhlükəyə" çevirə bilər. O, daha əvvəl də Moskvadan gələn təhlükəni əsas təhlükə kimi dəyərləndirmişdi. Burkar bunu Rusiya Federasiyasının nüvə silahına malik hərbi güc olması ilə izah edib.

Bununla belə, o qeyd edib ki, Fransa coğrafi mövqeyinə və özünün də nüvə silahına malik olmasına görə Rusiya üçün ən həssas hədəf deyil.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, Rusiya Avropa ölkələrinə hücum etməyi planlaşdırmır. Onun sözlərinə görə, Qərb siyasi elitaları öz vətəndaşlarının fikrini daxili problemlərdən yayındırmaq üçün Rusiyanı qəsdən "təhlükə" kimi təqdim edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO