Şahin Şıxlinski Moskvada SAXLANILDI - Yekaterinburqa gətirildi

Şahin Şıxlinski Moskvada SAXLANILDI - Yekaterinburqa gətirildi

Hazırda oxunan: Şahin Şıxlinski Moskvada SAXLANILDI - Yekaterinburqa gətirildi

263050

Azərbaycan diasporunun Uraldakı rəhbəri Şahin Şıxlinski saxlanılaraq Yekaterinburqa gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Şıxlinski Azərbaycan səfirliyindən çıxan kimi Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O daha əvvəl Rusiyada axtarışa verilmişdi.

Məlumata görə, o, hazırda daha öncə saxlanmaların baş verdiyi cinayət işlərindən biri üzrə istintaq hərəkətlərində iştirak edir.

Xatırladaq ki, “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski iyulun 1-də Yekaterinburqda saxlanılıb. Bu zaman Şahin Şıxlinskiyə Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən zor tətbiq olunub.

Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvalı Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb. Bir neçə gün sonra isə Mutvalı guya “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə" ittihamı ilə 2 ay müddətinə həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO