Rövnəq Abdullayev Türkmənistan Prezidentinin qəbulunda

Rövnəq Abdullayev Türkmənistan Prezidentinin qəbulunda

Hazırda oxunan: Rövnəq Abdullayev Türkmənistan Prezidentinin qəbulunda

26234

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.

Bizim.Media xəbər verir ki, neft-qaz sənayesində tərəfdaşlıq perspektivləri və ortaq layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı məsələlər hərtərəfli müzakirə olunub.

Görüşün sonunda tərəflər Türkmənistan və Azərbaycan xalqı arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, eləcə də bərabər, qarşılıqlı faydalı əsasda qurulmuş ikitərəfli əməkdaşlığın uğurla davam etdirilməsinə qarşılıqlı inamlarını ifadə edərək xoş arzularını bölüşüblər. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO