Moped və motosiklet sürücülərinin NƏZƏRİNƏ – FOTO/VİDEO

Moped və motosiklet sürücülərinin NƏZƏRİNƏ – FOTO/VİDEO

Hazırda oxunan: Moped və motosiklet sürücülərinin NƏZƏRİNƏ – FOTO/VİDEO

262229

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.

Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO