Hindistanda dələduz həmvətənlərini Azərbaycanda iş vədi ilə aldadıb

Hindistanda dələduz həmvətənlərini Azərbaycanda iş vədi ilə aldadıb

Hazırda oxunan: Hindistanda dələduz həmvətənlərini Azərbaycanda iş vədi ilə aldadıb
262018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın Mumbay şəhərində Məhəmməd Şafik Məhəmməd Hanif Xan adlı 42 yaşlı kişi fırıldaqçılıq ittihamı ilə həbs edilib. O, 7 nəfəri Azərbaycanda və Yeni Zelandiyada işə düzəldəcəyini vəd edərək ümumilikdə 3,59 milyon rupi (təxminən 70 534 manat) aldadıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Times of India” nəşri yazıb.

Mənbə qeyd edir ki, Xan özünə məxsus kadr agentliyi vasitəsilə zərərçəkənlərə saxta vizalar, təyyarə biletləri və işə qəbul məktubları təqdim edib.

Sənədlərin saxtalığı ilə bağlı şübhələr yaranandan sonra zərərçəkənlər məsələnin dələduzluq olduğunu anlayıblar.
 

Araşdırma zamanı məlum olub ki, Xan bundan əvvəl də oxşar üsulla bir neçə nəfəri aldadıb, onlardan 8 milyon rupi toplayaraq ABŞ və Yeni Zelandiyaya iş və viza vəd etmişdi. Həmin hallarda da eyni saxta sənədlərdən istifadə olunub.


Polis hazırda Xanın şəriki hesab edilən Zarina adlı bir qadını da axtarır. O, Mumbayın Mira-Roud adlı ərazisində yerləşən digər ofisi idarə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO