“Zirə”nin legioneri Norveç klubuna keçir?

“Zirə”nin legioneri Norveç klubuna keçir?

Hazırda oxunan: “Zirə”nin legioneri Norveç klubuna keçir?

261164

“Zirə”nin legioneri Salifu Sumanın karyerasını harada davam etdirəcəyi böyük maraq doğurur.

Bizim.Media xəbər verir ki, Qəsəbə təmsilçisinin avrokuboklar üçün iştirak ərizəsinə salınmayan futbolçunun indi də Norveç komandasına satılacağı bildirilir.

Sumanın transferi ilə bağlı “Molde”nin “Zirə” ilə anlaşdığı və yaxın günlərdə adıçəkilən komandaya transfer olunacağı gözlənilir.

Xatırladaq ki, Salifu Sumaya daha öncə “Dinamo” Kiyev və “Moribor” maraq göstərsə də, həmin klublar transfer məsələsində “Zirə” ilə ortaq məxrəcə gələ bilməmişdilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO