Son bir neçə ay ərzində bizi narahat edən moped, skuter idarə edənlərin iştirakı ilə baş verən qəzalardır. Bu ilin 6 ayı ərzində skuter, moped və velosiped sürücülərinin təqsiri səbəbindən respublikada 17 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 4 nəfər həyatını itirib, 16 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Qafarov "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyin təşkilatçılığı ilə "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" adlı ictimai müzakirədə deyib.
O, bildirib ki, ümumilikdə son illərdə yol-nəqliyyat hadisələrinin sayı ciddi şəkildə azalıb:
"Bu da əhali arasında aparılan maarifləndirmə işləri ilə əlaqədardır. Problem var və problemin həlli istiqamətində işlər davam etdirilir".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:14 / 16.07.2025
Moped və skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı ARTIB
Hazırda oxunan: Moped və skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı ARTIB
Hazırda oxunan: Moped və skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı ARTIB
260168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.