Cəlilabadda dağlıq ərazidəki yanğında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Cəlilabadda dağlıq ərazidəki yanğında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Cəlilabadda dağlıq ərazidəki yanğında xəsarət alan şəxsin SON VƏZİYYƏTİ

260111

Cəlilabad rayonunda baş verən meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter CƏLB EDİLDİ - VİDEO


“İyulun 15-də saat 18:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Cəlilabad rayonunun Zopun kəndi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Ona zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti stabilləşib və ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO