Britaniyada da meşə yanır - VİDEO

Britaniyada da meşə yanır - VİDEO

Hazırda oxunan: Britaniyada da meşə yanır - VİDEO

260052

Ötən gecə Böyük Britaniyanın paytaxtı London şəhərinin şərqində yerləşən üç fərqli ərazidə - Dagenem, Hornçerç və Valtamstou Marşlarında meşə yanğınları baş verib.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, yanğınların söndürülməsinə 200-dən çox yanğınsöndürən cəlb olunub. Ən böyük yanğın Dagenemdə 8 hektar ərazidə qeydə alınıb.

Burada alov yaşayış evlərinə yaxınlaşıb, sakinlərin bəziləri evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıblar.

London yanğın xidmətinin məlumatına görə, bu cür yanğınların sayı isti və quraq hava şəraiti ilə əlaqədar artmaqda davam edir.

Yay mövsümündə riskin artması ilə əlaqədar yanğınsöndürənlər üçün xüsusi təlimlər təşkil olunub.

Yanğınların səbəbi araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO