Qurban Qurbanov: “Səhvlər qaçılmazdır”

Qurban Qurbanov: “Səhvlər qaçılmazdır”

Hazırda oxunan: Qurban Qurbanov: “Səhvlər qaçılmazdır”

259530

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klub saytına açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, Niderlandın “Tvente” (3:2, 1:2) klubu ilə bu gün keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib:

“İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq. Yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşırdıq. Nəticədən çox meydanda etdiklərimiz vacib idi. Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Ancaq hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır”.

Baş məşqçi yeni transferlər Dani Bolt və Pedro Bikalyonun çıxışına da münasibət bildirib: “Həm məşqdən-məşqə, həm də oyundan-oyuna hər şey yaxşılığa doğru gedir. Hər ikisi məsuliyyətli futbolçudur. Əlbəttə ki, hələ potensiallarını tam açmayıblar. İnanıram ki, zamanla daha yaxşı forma yığacaqlar”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO