Rusiya WhatsApp-a alternativ təqdim etdi: MAX messenceri artıq istifadədə

Rusiya WhatsApp-a alternativ təqdim etdi: MAX messenceri artıq istifadədə

Hazırda oxunan: Rusiya WhatsApp-a alternativ təqdim etdi: MAX messenceri artıq istifadədə

259406

Rusiya hökuməti yerli mesajlaşma platformalarının inkişafı istiqamətində növbəti addım atıb.

Bizim.Media xəbər verir ki, Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Gorelkinin sözlərinə görə, yeni təqdim olunan MAX messenceri funksionallıq baxımından WhatsApp-ı geridə qoyub və hazırda bütün rəqiblərindən “bir baş üstün” hesab olunur.
 

Qeyd edək ki, WhatsApp-ın sahibi olan Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti rəsmi şəkildə qadağan edilib. Bu səbəbdən Moskva uzun müddətdir yerli alternativlərin inkişafını prioritet hesab edir.


Gorelkinin açıqlaması Rusiya hakimiyyətinin yerli texnologiyalara keçidi təşviq etməsi və xarici platformalardan asılılığı azaltmaq məqsədi daşıyan siyasətinin tərkib hissəsidir.

Bununla belə, MAX messencerinin ictimai rəy və beynəlxalq rəqabətə davamlılıq baxımından hələ geniş şəkildə qiymətləndirilmədiyi də qeyd olunur. Platformanın texniki imkanları və təhlükəsizlik mexanizmləri barədə detallı məlumat isə hələlik məhduddur. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO