28 vətəndaşımız bu ölkədən çıxarıldı

28 vətəndaşımız bu ölkədən çıxarıldı

Hazırda oxunan: 28 vətəndaşımız bu ölkədən çıxarıldı

259047

İyulun 8-i Azərbaycan vətəndaşı olan 28 nəfər Almaniyadan geri qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.

Həmçinin qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO