Rövşanə Ağasəfqızı: “Heç bir plastik əməliyyat etdirməmişəm, amma…”

Rövşanə Ağasəfqızı: “Heç bir plastik əməliyyat etdirməmişəm, amma…”

Hazırda oxunan: Rövşanə Ağasəfqızı: “Heç bir plastik əməliyyat etdirməmişəm, amma…”

258816

“Dünyanın heç bir yerində qadınların bir-birinə bu qədər bənzədiyini, bu qədər plastik əməliyyata üz tutduğunu görməmişəm”.

Bu fikirlər tanınmış telejurnalist Rövşanə Ağasəfqızına məxsusdur. O, çıxışlarından birində müasir qadınların xarici görünüş uğrunda eyni qəlibə salınmasından narahatlığını ifadə edib.

Mövzu ilə bağlı Bizim.Media-nın əməkdaşı telejurnalistin özü ilə əlaqə saxlayıb. Rövşanə Ağasəfqızı açıqlamasında bildirib ki, o, indiyədək heç bir plastik əməliyyat etdirməyib:

“Əgər bir gün ehtiyac olarsa, plastik əməliyyat etdirməyi istisna etmirəm. Amma bu gün qadınlar yersiz müdaxilələrə, süni dəyişikliklərə meyllənir. Ən pisi isə odur ki, hamısı bir-birinə oxşamağa başlayır. Mən isə fərqliliyin tərəfdarıyam. Qadın gözəl və cazibədar olmaq istəyir, bu təbiidir. Amma bunu təbii yolla da qorumaq mümkündür. Qadın hətta öz ətiri ilə belə fərqlənməlidir”, - deyə o, bildirib.

Jurnalist həmçinin qeyd edib ki, onun məqsədi qadın gözəlliyinə qarşı çıxmaq deyil, sadəcə olaraq, süni gözəllik uğrunda fərqliliyin itməsinə diqqət çəkməkdir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO