Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

Hazırda oxunan: Paşinyana qarşı çevriliş hazırlayanlar siyahısında keçmiş separatçılar da var - YENİ DETALLAR

256574

İrəvanın Açarpnyak və Davtaşen rayonlarında yerləşən İstintaq Şöbəsinə gətirilən şəxslər arasında Qarabağdakı sabir rejimin “Ədalət” fraksiyasından olan “deputatı” David Qalstanyan da var.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı onun vəkili Roman Eriçyan özünün Facebook hesabında yayıb.

Məlumatda bildirilir ki, saxlanılan şəxslər arasında “Müqəddəs Mübarizə” hərəkatını dəstəkləyən və Qarabağdan gələn bir neçə separatçı da yer alır.
 

Vəkil qeyd edib ki, bütün saxlanılanlar “hakimiyyəti zorla ələ keçirmə” cəhdində ittiham olunurlar.


Bu ittihamlar Ermənistan hökuməti tərəfindən son günlər kütləvi həbslərlə müşayiət olunan “Müqəddəs Mübarizə” hərəkatı çərçivəsində aparılan əməliyyatlarla əlaqədar olaraq verilir. Dövlət qurumlarının versiyasına görə, hərəkatın üzvləri “hakimiyyət dəyişikliyi planı” hazırlayır və bunun üçün terrorçu metodlarından istifadə etməyi planlaşdırıblar.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları saxlanılanların şəxsiyyətini, əməllərini və mümkün əlaqələrini araşdırır.

Qeyri-rəsmi məlumatlara əsasən İrəvanda saxlanılan separatçılar bunlardır:

David Qalstanyan – Qarabağdakı sabiq rejimin “deputatı”, “Ədalət” fraksiyasının üzvü.

Bagrat Qalstanyan – “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop (revansçılar hərəkatının başçısı).

Mikael Şahverdyan – hərəkatın fəalı, keçmiş hərbi qulluqçu,

Gevorg Şahverdyan – hərəkatın üzvü,

Tigran Petrosyan – hərəkatın üzvü,

Lusine Mnatsakanyan – hərəkat üzvü.

Garnik Grigoryan – hərəkat iştirakçısı,

İqor Sargsyan – keçmiş polis əməkdaşı,

Aram Rustamyan – hərəkatın fəalı,

Armen Akopyan – hərəkat üzvü,

Aram Israyelyan – hərəkat iştirakçısı,

Ara Avanesyan – separatçı,

Mher Mkrtchyan – hərəkat üzvü,

David Gazaryan – hərəkatın üzvü.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO