Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 9:00-a olan məlumatında deyilir.
Düşən yağıntının miqdarı Zaqatalada 26, Balakəndə 10, Tovuzda 9, Gədəbəydə 4, Qax (Sarıbaş), Şəki, Şahdağ, Daşkəsən, Mingəçevir, Şəmkir, Xınalıq, Oğuz, Qusar, Qrız, Şabran, Gəncə, Şahbuz, Naxçıvanda 3 mm-dir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Culfada 20 m/s-dək güclənir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 24-ü axşamadək davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:33 / 22.06.2025
FAKTİKİ HAVA: Bakıda külək güclənib
Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda külək güclənib
Hazırda oxunan: FAKTİKİ HAVA: Bakıda külək güclənib
256018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.