Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün sadəcə ilk addımdır

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün sadəcə ilk addımdır

Hazırda oxunan: Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün sadəcə ilk addımdır
253929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci il iyunun 10-da Almaniya Federal Kəşfiyyat Xidməti (BND) rəhbəri vəzifəsindən gedən Bruno Kahl bəyan edib ki, Rusiya Ukraynadakı müharibəyə yalnız Qərbə doğru atılmış bir ara mərhələ kimi baxır və Kreml üçün bu savaş son məqsəd deyil.

Bizim.Media xəbər verir ki, bunu o, “Table.Today” nəşrinə verdiyi müsahibəsində bildirib.

"Biz əminik və əlimizdə sübutlar var: Ukrayna – Rusiya üçün Qərbə doğru irəliləyişdə sadəcə bir pillədir”, deyə o vurğulayıb

Kahl qeyd edib ki, Kremldə NATO-nun öz üzv ölkələrini qorumağa cəsarət etməyəcəyi düşünülür və Moskva NATO-nun 5-ci maddəsinin işləyib-işləmədiyini yoxlamaq niyyətindədir. Onun sözlərinə görə, Rusiyanın məqsədi ABŞ-ı Avropadan çıxarmaq və vəziyyəti 1990-cı illərin sonundakı vəziyyətə qaytarmaqdır.

BND mümkün ssenari kimi bildirir ki, Moskva Baltikyanı ölkələrdə – Estoniya, Latviya və Litvada rusdilli əhalinin “mühafizəsi” adı altında təxribatlar təşkil edə bilər, necə ki, 2014-cü ildə Krımın ilhaqı zamanı analoji bəhanələr irəli sürülmüşdü.

Bruno Kahl həmçinin hesab edir ki, hazırda Rusiya ilə istənilən danışıqlar mənasızdır.
Onun fikrincə, Putin öz aqressiv kursunu dəyişməyib.

Bu açıqlama Almaniyanın və ümumilikdə Qərbin Rusiya ilə bağlı artan narahatlığını və gələcəkdə potensial genişmiqyaslı qarşıdurmalara hazırlaşdığını bir daha təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO