Rusiyanın beş hava limanında mülki aviasiya uçuşları dayandırılıb. Təhlükəsizlik məqsədilə təyyarələrin qəbuluna və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
İjevsk və Kirov hava limanları artıq rəsmi şəkildə reyslərin qəbulunu və yola salınmasını dayandırıb. Məsələ ilə bağlı yayılan rəsmi açıqlamada qeyd olunur:
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə aşağıdakı hava limanlarında onların qəbul və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub:
• İjevsk hava limanı
• Kirov – Pobedilovo hava limanı
Bundan əlavə, məhdudiyyətlər aşağıdakı hava limanlarında da qüvvədədir:
Sankt-Peterburq – Pulkovo (ölkənin ən böyük ikinci hava limanı),
Tatarıstanın paytaxtı Kazan, Nijnekamsk şəhərinin hava limanı.
Hazırda bu məhdudiyyətlərin səbəbləri barədə rəsmi açıqlama verilməyib. Amma ehtimallara görə, qərar ya təhlükəsizlik həyəcanları, ya da hərbi və ya texniki səbəblərlə bağlı ola bilər. Rusiyada son dövrlər mülki hava nəqliyyatı ilə bağlı müvəqqəti qadağalar daha tez-tez müşahidə olunmağa başlayıb. Bəzi hallarda bu qadağalar hava hücumu siqnalları, dron təhlükəsi və ya hərbi təlimlərlə əlaqələndirilir.
Mülki sərnişinlərə bu şəhərlərə səyahət etməzdən əvvəl hava limanlarının fəaliyyəti ilə bağlı məlumatları yoxlamaq tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:46 / 10.06.2025
Rusiyanın 5 hava limanı drona görə iflic oldu - Təyyarə qəbul etmir
Hazırda oxunan: Rusiyanın 5 hava limanı drona görə iflic oldu - Təyyarə qəbul etmir
Hazırda oxunan: Rusiyanın 5 hava limanı drona görə iflic oldu - Təyyarə qəbul etmir
253885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.