Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

Hazırda oxunan: Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama

253814

Azərbaycanda Ukrayna dilində audiobələdçi yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.

Bu təşəbbüs dünya mədəni abidələrinin ukraynalaşdırılması layihəsi çərçivəsində həyata keçirilir:
 

"Layihə sayəsində artıq dünyanın 53 ölkəsində Ukrayna dilində 102 audiobələdçi istifadəyə verilib".


Qeyd olunub ki, Ukrayna dilində audioekskursiya indi Xəzər dənizi sahilində - dünyanın ilk tanker-muzeyi olan "Suraxanı" gəmisində əlçatandır.

"Lüksemburqa və ya Azərbaycana gedəcək ukraynalıların doğma dildə görəcəkləri və eşidəcəkləri şeylər olacaq. Beləliklə, yeni ölkələri, bəlkə də öz tarixini daha yaxşı anlamaq mümkün olacaq. Çünki muzeylər hamı üçün vacib olanlar haqqında danışaraq dünyanı birləşdirir. İndi dilimiz də Ukrayna audiobələdçilər layihəsində bunu edir", - Y.Zelenskaya vurğulayıb. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO