Rusiyanın “Şimal” hərbi qruplaşmasının bölmələri Ukraynanın şimal-şərqində yerləşən Sumı vilayətindəki Kondratovka kəndinə nəzarəti tam ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, bu əməliyyat nəticəsində Kondratovka yaşayış məntəqəsi üzərində tam nəzarət bərpa edilib və kənd rus ordusunun nəzarətinə keçib.
Məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumat bülletenində yer alıb. Lakin bu xəbər hələlik heç bir müstəqil mənbə tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfi və ya beynəlxalq müşahidəçilər hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Sumı vilayəti son günlər Rusiya ordusunun artan hücum təzyiqləri ilə qarşı-qarşıyadır. Bu ərazi, Ukraynanın Rusiya ilə sərhəddə yerləşən və münaqişənin şimal cəbhəsindəki kritik nöqtələrindən biri sayılır.
Bizim.Media