Xəbər verdiyimiz kimi, Avropanın ən yüksək vulkanı olan Etna yenidən aktivləşib.
Bizim.Media xəbər verir ki, İtaliyanın Siciliya adasında yerləşən vulkan şiddətlə püskürərək səmada nəhəng kül buludu yaradıb.
Rəsmilər ərazidə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Ətraf ərazilərdə yaşayan sakinlər sürətlə təxliyə edilib.
Qeyd edək ki, vulkan püskürməsi zamanı ərazidə olan turistlər qorxu içində qaçıblar.
Həmin kadrları təqdim edirik:
Bizim.Media