Xəzər dənizi vasitəsi ilə külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, may ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.
Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 (üç) nəfər heyət üzvü İran İslan Respublikasına məxsus mühərriklə təchiz edilmiş “Yamaha-55” markalı “Layner” tipli qayıqla birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.
Araşdırma zamanı sərhəd pozucularının İran vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:57 / 04.06.2025
Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO
Hazırda oxunan: Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO
Hazırda oxunan: Xəzər dənizi ilə Azərbaycana narkotik keçirmək istəyən 3 İran vətəndaşı TUTULDU – FOTO
252972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.