Xəzər Dəniz Gəmiçiliyi tullantı yağlarının təkrar emalı üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT-la strateji əməkdaşlığa BAŞLADI

Xəzər Dəniz Gəmiçiliyi tullantı yağlarının təkrar emalı üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT-la strateji əməkdaşlığa BAŞLADI

Hazırda oxunan: Xəzər Dəniz Gəmiçiliyi tullantı yağlarının təkrar emalı üzrə AzGreenOil brendi ilə tanınan EKOKAT-la strateji əməkdaşlığa BAŞLADI
250648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü ilin noyabr ayında “Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə AzGreenOil brendi ilə tanınan EKOKAT MMC arasında tullantı yağlarının idarə olunması sahəsində strateji əməkdaşlığa dair müqavilə imzalanıb. 

Bizim.Media xəbər verir ki, razılaşmaya əsasən, gəmi donanmasında istifadə olunmuş yağlar mütəmadi şəkildə toplanaraq təkrar emal üçün AzGreenOil brendinə məxsus emal müəssisəsinə təhvil veriləcək.

AzGreenOil, EKOKAT MMC-nin innovativ texnologiyalarla təchiz edilmiş Balaxanı Sənaye Parkındakı zavodunda bu yağları ekoloji cəhətdən təmiz və sənaye istifadəsinə tam uyğun yüksək keyfiyyətli sürtkü yağlarına çevirəcək.

Əməkdaşlıq tullantıların azaldılması, resursların qənaətli istifadəsi və ətraf mühitin qorunması baxımından dairəvi iqtisadiyyat və ekoloji dayanıqlılıq prinsiplərinə tam uyğun gəlir.

Qeyd edək ki, AzGreenOil brendi EKOKAT MMC tərəfindən yaradılıb və Azərbaycanda tullantı yağlarının təkrar emalı sahəsində dövlət qeydiyyatından keçmiş, rəsmi fəaliyyət göstərən ilk və yeganə qurumdur. Şirkətin Balaxanıdakı zavodu 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. AzGreenOil ölkədə ekoloji sabitliyin qorunması və davamlı enerji siyasətinin dəstəklənməsi istiqamətində mühüm rol oynayır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO