Sağlam dəri üçün yalnız düzgün dəri baxımı yetərli deyil. Bədənin daxili sağlamlığı üçün keyfiyyətli qidaları qəbul etmək də çox vacibdir.
Bizim.Media dərinizə fayda verən bəzi qidaları təqdim edir:
Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, cəfəri kimi tünd yaşıl tərəvəzlər dəri hüceyrələrinin yenilənməsini sürətləndirir və dərinin parlaq görünməsinə kömək edir.
Su: Dərinin nəmlilik balansını qorumaq üçün gün ərzində kifayət qədər su içmək çox vacibdir. Həmçinin, xam tərəvəz və meyvə istehlakı da dəriyə fayda verir.
Sızanaqla mübarizə üçün aşağı qlisemik indeksli qidalar: Ağ un və şəkər yerinə tam taxıllar kimi aşağı qlisemik indeksli qidaları seçin.
Qırışlara qarşı yumurta: Yumurta və tünd yaşıl yarpaqlı tərəvəzlər UV şüalarına qarşı dərini qoruyur və qırışların yaranmasının qarşısını alır.
Pul-pul səpkilərə qarşı qoz və fındıq: Dərinin nəmlilik balansını qoruyaraq pul-pul səpkilərə qarşı müdafiə edir. Gündə bir neçə qoz və ya fındıq yemək kifayətdir.
Dəri ləkələrinə qarşı C vitamini: Portağal, çiyələk və pomidor kimi C vitamini zəngin qidalar dəridə ləkələrin yaranmasının qarşısını alır.
Yağlanmaya qarşı səhər yeməyi: A vitamini ilə zəngin olan qidalar (yumurta, kök, yaşıl yarpaqlı tərəvəzlər) dərinin yağ balansını qoruyur.
Sağlam dəri üçün düzgün qidalanmaq, xaricdən edilən baxımlarla birləşdikdə daha yaxşı nəticələr verir. (pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:53 / 22.05.2025
Sağlam dəri üçün möcüzəvi QİDALAR
Hazırda oxunan: Sağlam dəri üçün möcüzəvi QİDALAR
Hazırda oxunan: Sağlam dəri üçün möcüzəvi QİDALAR
250632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.