Çempionlar Liqasında 2-ci finalçı bu gecə bəlli olacaq

Çempionlar Liqasında 2-ci finalçı bu gecə bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqasında 2-ci finalçı bu gecə bəlli olacaq

248031

UEFA Çempionlar Liqasında bu gecə son finalçı müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, PSJ ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi “Arsenal”ı qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu qarşılaşmanın qalibi finalda “İnter”ə rəqib olacaq.

Xatırladaq ki, Milan klubu 4:3 hesablı “Barselona” üzrərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO