Ramiz Mehdiyevin villası 8 milyon dollara satışa çıxarıldı - VİDEO

Ramiz Mehdiyevin villası 8 milyon dollara satışa çıxarıldı - VİDEO

Hazırda oxunan: Ramiz Mehdiyevin villası 8 milyon dollara satışa çıxarıldı - VİDEO

247326

Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab olunan villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.

Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir.
 

Bunun mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik. Ancaq bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi, uzun illər qurub yaratdıqaları ailə biznesləri, biznes imperiyaları da geriləməyə, ”çat verməyə” başlayır.


Bu baxımdan R.Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə üzləşdiyini istisna etmək olmaz.

Ancaq təbii ki, R.Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu, çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin “Bank BTB” də daxil olmaqla, böyük biznes şəbəkəsinə malik olduğu barədə çoxsaylı materiallar dərc olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO