Təyyarədə DAVA: Qadın kişini ayaqqabısı ilə döydü – VİDEO

Təyyarədə DAVA: Qadın kişini ayaqqabısı ilə döydü – VİDEO

Hazırda oxunan: Təyyarədə DAVA: Qadın kişini ayaqqabısı ilə döydü – VİDEO

245329

Novokuznetsk-Soçi reysi ilə uçan təyyarədə rusiyalı cütlük təyyarədə dava salıb, sonra onlardan biri ayaqqabısı ilə yanındakı sərnişini döyüb.

Bizim.Media xəbər verir ki, evli cütlük təyyarənin havaya qalxmasından əvvəl səfər yoldaşları ilə mübahisəyə başlayıblar. 
 

Mübahisə daha sonra davaya çevrilib. Qadın ayaqqabısını çıxararaq yanında oturan kişini döyməyə başlayıb. “ChP Sochi” “Telegram” kanalı həmin anları əks etdirən video yayımlayıb.


Hadisə yerinə polis əməkdaşları çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarəyə qalxaraq dalaşqan cütlüyü sonrakı araşdırma üçün növbətçi hissəyə aparıblar. Onlar barəsində xırda xuliqanlıq maddəsi üzrə inzibati xəta protokolları tərtib edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO