
- A-
- A
- A+
Daha bir çimərlik məişət tullantılarından TƏMİZLƏNDİ – VİDEO
Astarada sahil ərazilərində sanitariya tədbirləri gücləndirilib.
Astarada ərazilərin təmiz saxlanılması və sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun sahilboyu ərazilərində keçirilən tədbirlər zamanı vətəndaşlara, istirahət mərkəzlərinin və iaşə obyektlərinin məsul şəxslərinə məişət tullantılarının müəyyən olunmamış yerlərə atılmasının, tullantıların qalaqlanmasının, su obyektlərinin zibillənməsinin yolverilməz olduğu barədə xəbərdarlıqlar edilib.
Tədbirlər çərçivəsində polis və aidiyyəti dövlət qurumları tərəfindən aşkarlanan antisanitar vəziyyətlər aradan qaldırılıb.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






















































































