"Whatsappdan"dan hamını sevindirəcək YENİLİK

"Whatsappdan"dan hamını sevindirəcək YENİLİK

Hazırda oxunan: "Whatsappdan"dan hamını sevindirəcək YENİLİK

244949

Androiddə "WhatsApp" beta versiyasının istifadəçiləri üçün mesaj tərcümə funksiyası aktivləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

"WhatsApp"ın 2.25.12.25 Android versiyasını quraşdıranlar mesajları tərcümə etmək üçün dil paketlərini yükləyə bilərlər.
 

Dəstəklənən dillər arasında rus, ispan, ərəb, portuqal və hind dilləri göstərilib.


Bundan əlavə, istifadəçilər avtomatik dil müəyyənləşdirmə üçün xüsusi dil paketindən istifadə edə bilərlər ki, bu da bir neçə dilin istifadə olunduğu qrup söhbətlərində xüsusilə faydalıdır.

Qeyd olunur ki, bütün əməliyyatlar lokal şəkildə cihazda həyata keçirilir, yəni məlumatlar üçüncü tərəflərin serverlərinə və ya "Meta" şirkətinə ötürülmür.

Tərcümə funksiyası fərdi söhbətlərdə, qrup söhbətlərində və kanallarda istifadə üçün əlçatandır. Bununla belə, funksiya standart olaraq söndürülmüş vəziyyətdədir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısının genişləndirilməsi və əlavə dil paketlərinin tətbiqi gözlənilir.

Yeniliyin stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO