Evdən qaçan qızlar niyə Gəncədə TAPILIR?

Evdən qaçan qızlar niyə Gəncədə TAPILIR?

Hazırda oxunan: Evdən qaçan qızlar niyə Gəncədə TAPILIR?

244014

Aprelin 12-də itkin düşən Xaçmaz məktəblisi Sevinc Musayevanın Gəncədə tapılması barədə informasiya vermişdik.

Bizim.Media-nın əldə etdiyi məlumata görə 13 yaşlı Sevinc Musayeva Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən tapıldığı Gəncə şəhərindən Xaçmaza gətirilib və ötən gün ailəsinə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda itkin düşən məktəbli TAPILDI


Xaçmaz məktəblisi olan yeniyetmə qızın məhz Gəncədə tapılması ictimaiyyət arasında sual doğuran marağa səbəb olub. Çünki aprelin 2-də  yaşadığı kənddən yoxa çıxan Tovuz məktəblisi də polis tərəfindən Gəncədə tapılmışdı. 

Hər iki 13 yaşlı qızın məhz bu şəhərdə tapılmasının əlaqəsi varmı?

Bizim.Media-nın əldə etdiyi məlumata görə bu məsələ təsadüf deyil və hadisənin baş vermə səbəbi var. Amma istintaq sirri olduğu üçün təfərrüatları açıb, işə müdaxilə etmək istəmirik. 

Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma başlanılıb 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO