Bakıda iki qardaş BIÇAQLANDI - Birinin 16 yaşı var

Bakıda iki qardaş BIÇAQLANDI - Birinin 16 yaşı var

Hazırda oxunan: Bakıda iki qardaş BIÇAQLANDI - Birinin 16 yaşı var

244001

Bakıda iki qardaş bıçaqlanıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib.
 

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.


DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO