“iPhone” qiymətləri ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük tarifləri səbəbindən 43% arta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin proqnozlarına görə, “iPhone 16”nın ən ucuz versiyasının qiyməti 1142 dollara, “iPhone 16 Pro Max”ın qiyməti isə 2300 dollara qədər arta bilər.
Analitiklər qeyd edirlər ki, bu qiymət artımı "Apple"ın istehsal xərclərini müştərilərə yükləməsi halında baş verəcək. Şirkətin əsas istehsal mərkəzlərinin Çində yerləşməsi səbəbindən yeni tariflər "Apple" üçün ciddi maliyyə yükü yaradır.
Bizim.Media