İstanbulun Şişli bölgəsində restoranlardan birində silahlı insident baş verib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, silahlı iki nəfər restoranda müştəri qismində olan 3 nəfərə atəş açıb.
Hadisə nəticəsində həmin üç nəfərdən ikisi ağır, biri isə yüngül xəsarət alıb. Belə ki, Erkan A. və Beyhan T. adlı Türkiyə vətəndaşları ağır, Hüseyn M. adlı Azərbaycan vətəndaşı isə yüngül xəsarətlərlə xəstəxanay çatdırılıb.
İnsidenti törədən şəxslər isə hadisə yerindən qaçıb. Hazırda onların tapılması istiqamətində işlər aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:52 / 25.03.2025
İstanbulda silahlı İNSİDENT – Azərbaycanlı güllələndi – FOTO
Hazırda oxunan: İstanbulda silahlı İNSİDENT – Azərbaycanlı güllələndi – FOTO
Hazırda oxunan: İstanbulda silahlı İNSİDENT – Azərbaycanlı güllələndi – FOTO
240876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.