
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 17.03.2025
1 dəq oxunma
Arif Alışanovun qardaşı oğlunun işində qadağa - Jurnalistlər qapı arxasında qaldı - FOTO
Hazırda oxunan: Arif Alışanovun qardaşı oğlunun işində qadağa - Jurnalistlər qapı arxasında qaldı - FOTO
239783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə gedir.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, ölkə gündəmində geniş maraq doğuran məhkəmə istintaqı ardıcıl ikinci iclasdır ki, media nümayəndələrinin üzünə qapadılıb.
Jurnalistlərə bildirilib ki, bu barədə göstəriş prosesə sədrlik edən hakim Aytən Əliyeva tərəfindən verilib.
Maraqlıdır ki, hazırlıq iclasında məhkəmə istintaqının açıq keçirilməsi qərara alınıb. Sonradan jurnalistlərə “yox” deyilməsinin səbəbi isə açıqlanmır.
Eyni hakim icraatında olan başqa bir neçə işdə də məhkəmə salonunun qapılarını jurnalistlərin üzünə bağlayıb.
Altını cızaraq xatırladaq ki, müvafiq qanunvericiliyin tələblərinə görə, məhkəmə proseslərinin açıq keçirilməsi təmin edilməlidir. Bu hal proseslərin şəffaf və ictimai nəzarət altında həyata keçirilməsinə zəmanət verir. Jurnalistlərin isə ictimaiyyətin düzgün məlumatlandırılması və şəffaflıq məqsədilə açıq məhkəmə proseslərinə iştirakına maneə yaradılmalı deyil.
Yalnız dövlət və ailə sirləri təşkil edən proseslərdə jurnalistlərin iştirakı məhdudlaşdırıla bilər.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Hazırkı mərhələdə zərərçəkmiş şəxslər ifadə verməlidir. Amma bəhs etdiyimiz səbəbdən zərərçəkmişlərin məhkəmədə nələr danışdıqlarını öyrənə bilmirik.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
























































































