İçərişəhərdəki partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

İçərişəhərdəki partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA/VİDEO

Hazırda oxunan: İçərişəhərdəki partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA/VİDEO
237454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.

Partlayış nəticəsində qısa müddətlik tüstülənmə və yanğın müşahidə edilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Ötən gün saat 19:45 radələrində İçərişəhər Kiçik Qala 8-də yerləşən iaşə obyektində enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib. Yanğın hadisəsinin qarşısının alınması məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mühafizə Xidməti yaxınlıqda olan vətəndaşları ərazidən uzaqlaşdırıb və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edilərək hadisə barədə məlumat verilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində ətraf binalara heç bir zərər dəyməyib və yanğınsöndürənlərdən və Qoruq İdarəsinin mühafizə işçilərindən xəsarət alan olmayıb".

Qurumdan, həmçinin bildirilib ki, iaşə obyektinin elektrik naqilləri "Azərişıq" ASC tərəfindən bərpa edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO