Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO

Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO
232926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bölgə rayonlarında bir sıra görüş və konfranslar, dəyirmi masalar təşkil edilib, fərqlənən gənclər mükafatlandırılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkidə təşkl edilən dəyirmi masada qeyd olunub ki, gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Azərbaycan gəncləri azad, sabitlik olan və özünə güvənən ölkədə yaşayır.

Vurğulanıb ki, bu gün Azərbaycan gənclərinin rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. 

*** 

Balakəndə təşkil edilən dəyirmi masada bildirilib ki, bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Çünki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.

***

2 fevral - Gənclər Gününü ilə əlaqədar Qaxda “Müstəqil və Suverən dövlətin gəncləri” mövzusunda toplantı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. O vaxtdan etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlərindən geniş söhbət açılan tədbirdə bildirildi ki, dövlət gənclər siyasəti Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə prioritet istiqamətlərdən biri olub. 

***  
 

Oğuzda bir qrup fəal gənclə keçirilən görüşdə  qeyd olunub ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də  2020-ci ildə sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gənclərimizin rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. 

Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO - foto 1
Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO - foto 2
Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO - foto 3
Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO - foto 4
Şimal-Qərb bölgəsində Gənclər günü belə qeyd olundu - FOTO - foto 5

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO