Maurinyo “Çelsi”nin futbolçusunu “Fənərbağça”ya gətirmək istəyir

Maurinyo “Çelsi”nin futbolçusunu “Fənərbağça”ya gətirmək istəyir

Hazırda oxunan: Maurinyo “Çelsi”nin futbolçusunu “Fənərbağça”ya gətirmək istəyir
230367
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Çelsi"nin hücumçusu Joao Feliş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Estadio Deportivo" nəşri məlumat yayıb.

İstanbul klubu Felişi mövsümün sonuna kimi icarəyə götürməyi planlaşdırır. "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo həmyerlisi ilə görüşüb və onu komandaya dəvət edib.

Premyer Liqa klubunda az forma şansı qazanan 25 yaşlı futbolçu özü də Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, "Çelsi" Joao Felişi mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO