Juninyo rəsmən "Flamenqo"da

Juninyo rəsmən "Flamenqo"da

Hazırda oxunan: Juninyo rəsmən "Flamenqo"da
230206
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Braziliya klubunun yaydığı açıqlamada bildirilib. 

28 yaşlı hücumçu Rio təmsilçisi ilə 2028-ci ilin  sonuna qədər müqavilə bağlayıb. O, "Flamenqo"da 23 nömrəli formanı geyinəcək.
 

Ağdam təmsilçisi də yaydığı açıqlamada Juninyonun "Flamenqo" müqavilə imzaladığını bildirilib. Tərəflər müqavilənin maddi dəyəri barədə məlumat verməyib. Braziliya mətbuatı isə Ağdam klubuna 5 milyon avro təzminat ödəniləcəyini yazıb.


2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO